Məzmuna keç

Türkiyədə miqrant qaçaqmalçılığı ilə məşğul olan 59 nəfər saxlanılıb

Türkiyənin Van şəhərində miqrant qaçaqmalçılığı ilə məşğul olan 59 nəfər saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, saxlanılan şəxslərdən 37-si həbs olunub, 22-si haqqında isə məhkəmə nəzarəti qərarı çıxarılıb.

“Əməliyyatı həyata keçirən qəhrəmanlarımızı təbrik edirəm. Qanunsuz miqrasiyaya qarşı mübarizəmiz davam edəcək. Biz miqrant qaçaqmalçılığının təşkilatçılarına göz yummayacağıq" – deyə nazir bildirib.

Şəbnəm Mehdizadə