Türkiyənin Kayseri şəhərində 4,7 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 13:17-də Kayserinin Sarız rayonunda qeydə alınan yeraltı təkanların episentri 7,06 kilometr dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Şəbnəm Mehdizadə
