Türkiyənin Eskişehir şəhərində zəncirvari yol qəzası baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcili tibbi yardım maşını, beton qarışdıran maşın və sərnişin avtobusunun toqquşması nəticəsində 14 nəfər yaralanıb.
Yaralılar təcili tibbi yardımın köməyi ilə şəhərdəki xəstəxanalara aparılıb. Onların həyatı üçün təhlükə olmadığı bildirilib.
Qəza səbəbi ilə bağlanan Eskişehir-Ankara avtomobil yolu nəqliyyat vasitələri hadisə yerindən çıxarıldıqdan sonra yenidən açılıb.
Şəbnəm Mehdizadə
