Məzmuna keç

Əyləci boşalan yük maşını işıqforda gözləyən avtomobillərə çırpıldı, yaralılar var

Türkiyənin Yozgat şəhərində zəncirvari yol qəzası baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, əyləci boşalan yük maşını işıqforda gözləyən 8 avtomobilə çırpılıb.

Hadisə nəticəsində 3 nəfər yaralanıb.

Yaralılar təcili tibbi yardım qruplarının köməyi ilə Yerköy Dövlət Xəstəxanasına aparılıb.

Şəbnəm Mehdizadə