Türkiyənin Çanaqqala şəhərində Kayadere kəndi yaxınlığında başlayan meşə yanğını davam edir.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bölgədə vətəndaşların təxliyə edilməsi üçün iş aparılır.
Çanaqqala Meşə İdarəsi tərəfindən bölgəyə çoxlu sayda yanğınsöndürənlər və polis əməkdaşları cəlb edilib.
Şəhər valisi İlhami Aktaş hazırda ətraf kəndlərdə təhlükənin olmadığını, lakin küləyin təhlükə yarada biləcəyini qeyd edib. O, həmçinin qeyd edib ki, yanğın nəticəsində ölən və ya xəsarət alan yoxdur.
Bildirilib ki, iri və xırdabuynuzlu heyvanlar da təhlükəsiz ərazilərə aparılır.
Yanğının səbəbi isə hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
