Məzmuna keç

Bursada İŞİD-ə qarşı əməliyyatda 12 əcnəbi saxlanıldı

Türkiyənin Bursa şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Bursa Şəhər Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat Şöbəsinin əməkdaşları İŞİD-lə əlaqəsi olduğu müəyyən edilən şübhəlilərin ünvanlarına eyni vaxtda əməliyyat keçirib.

Əməliyyatlar zamanı saxlanılan 12 nəfərin xarici ölkə vətəndaşı olduğu müəyyən olunub. Həmin şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal material ələ keçirilib.

Saxlanılan şübhəlilərin istintaqı davam etdirilir.

Şəbnəm Mehdizadə