Türkiyənin Muğla şəhərində bir ailənin 7 üzvü qidadan zəhərlənib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Fethiye rayonundakı restoranlardan birində yemək yeyən şəxslər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət edib.
Zəhərlənmə diaqnozu qoyulan zərərçəkmişlər nəzarətə götürülüb.
Regional Kənd Təsərrüfatı və Meşə İdarəsinin əməkdaşları ailənin getdiyi restoranda satılan məhsullardan nümunələr götürərək müayinə üçün laboratoriyaya göndərib.
Qida nümunələrindən alınan analizlərin nəticələrinə görə, restoranla bağlı müvafiq tədbir görüləcək.
Şəbnəm Mehdizadə
