Məzmuna keç

Türkiyədə mikroavtobus aşıb, 9 nəfər xəsarət alıb

Türkiyənin Qaziantep şəhərində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus aşıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində aşan avtobusdakı 9 nəfər xəsarət alıb.

Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Onlardan 1-nin vəziyyəti ağırdır.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

Şəbnəm Mehdizadə