Məzmuna keç

Göyərtəsində Priqojinin olduğu təyyarənın qalıqları arasından 7 cəsəd çıxarıldı

Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, göyərtəsində Yevgeni Priqojinin olduğu təyyarənin Tver vilayətində qəzaya uğradığı yerdə xilasedicilər 7 nəfərin cəsədini qalıqlar altından çıxarıblar.

E-huquq.az xəbər verir ki, bu barədə TASS-a Boloqovski rayonunun vahid növbətçi-dispetçer xidmətindən məlumat verilib.

“Yeddi nəfərin cəsədi çıxarılıb”, – deyə xidmətdən bildirilib.