Türkiyənin Malatya şəhərində 5 bal gücündə zəlzələ baş verib.
E-huquq.az bu xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 8:35-də qeydə alınan yeraltı təkanların episentri yerin 7 kilometr dərinliyində olub.
Daxili işlər naziri Əli Yerlikaya bildirib ki, AFAD başda olmaqla bütün aidiyyəti qurumlar müvafiq işlərə başlayıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Şəbnəm Mehdizadə
