Türkiyədən Yunanıstana qaçmağa çalışan 5 nəfər saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Meriç rayonu yaxınlığında qadağan olunmuş zonada keçirilən əməliyyatda qeyri-qanuni yollarla Yunanıstana getməyə çalışan 5 nəfər müəyyən olunub.
Həmin şəxslərin FETÖ terror təşkilatı ilə ələqələrinin olması ortaya çıxıb. Hazırda şübhəli şəxslərlə bağlı istintaq davam edir.
Şəbnəm Mehdizadə
