Məzmuna keç

Sərnişin avtobusu ilə minik avtobusu toqquşub, 11 nəfər xəsarət alıb

Türkiyənin Manisa şəhərində sərnişin avtobusu mikroavtobusla toqquşub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Salihli rayonunda baş verən qəzada 11 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım, jandarma və xilasetmə qrupları cəlb olunub.

İlkin tibbi yardım göstərildikdən sonra yaralılar Salehli Dövlət Xəstəxanasına və şəhərdəki özəl xəstəxanalara aparılıb. Hazırda yaralıların müalicəsi davam etdirilir.

Qəza ilə bağlı araşdırma başlanılıb.

Şəbnəm Mehdizadə