Məzmuna keç

İngiltərədə mütəxəssis həkimlər tətil edir

İngiltərədə mütəxəssis həkimlər tətilə başlayıblar.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Britaniya Tibb Assosiasiyası (BMA) məlumat yayıb.

Maaş artımı məsələsində hökumətlə fikir ayrılığı yaşayan mütəxəssis həkimlərin yerli vaxtla saat 07:00-da işi tərk edərək iki günlük tətilə başladığı qeyd olunub.

Tətilin təxminən 24 minə yaxın mütəxəssis həkimi əhatə etdiyi bildirilib.

Assosiasiyanın açıqlamasında hökumətin keçən ilki 4,5 faiz artımına əlavə olaraq bu il 6 faiz artım təklifinin də rədd edildiyi vurğulanıb. Bu artımın “istehza ilə edildiyi” qeyd edilib. Təxminən 35 faiz artım tələb edildiyi bildirilib.

Həkimlərin tətil etməsini qınayan Milli Səhiyyə Xidmətinin (NHS) direktoru Vin Divakar tətil qərarının mənfi təsirləri olacağını deyib.

Ötən ay tətil edən mütəxəssis həkimlər gələn ay sentyabrın 19-20-də tətil edəcəklərini açıqlayıblar.

Şəbnəm Mehdizadə