Məzmuna keç

İstanbulda antiterror əməliyyatı keçirilib, 8 nəfər saxlanılıb

Türkiyənin İstanbul şəhərində antiterror əməliyyatı keçirilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Prokurorluğunun həyata keçirdiyi istintaq çərçivəsində 10 nəfər şübhəli şəxs müəyyən olunub.

İstanbulun 5 rayonunda keçirilən əməliyyat nəticəsində onlardan 8-i saxlanılıb. Digər şəxslərin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Şəbnəm Mehdizadə