Məzmuna keç

Türkiyədə oteldə yanğın olub

Türkiyənin Muğla şəhərinin Marmaris rayonunda oteldə yanğın olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, otelin bağçasında qurulmuş səhnədə yanğın başlayıb.

Hadisə yerinə dərhal yanğınsöndürənlər göndərilib. Yanğının otelə keçməsinin qarşısı alınıb.

Yanğının elektrik naqillərində baş vermiş nasazlıqdan qaynaqlandığı ehtimal olunur.

Şəbnəm Mehdizadə