Məzmuna keç

İspaniyada 9,4 ton kokain müsadirə edilib

İspaniyada meyvə yeşiklərinin içərisində gizlədilmiş 9,4 ton kokain aşkarlanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

Bildirilib ki, meyvə konteynerləri ölkənin cənub-qərbindəki Kadiz şəhərindəki Algeciras limanına Kolumbiyadan göndərilib.

Bunun İspaniyada bu günə qədər ələ keçirilən ən böyük miqdarda narkotik maddə olduğunun söyləyən rəsmilər bildirib ki, narkotikin İspaniyadan Portuqaliyaya, oradan da Avropanın digər ölkələrinə göndərilməsi planlaşdırılırmış.

Bananların arasında bir kiloluq paketlərdə saxlanılan narkotik maddənin qoyulduğu qabın üzərində 30-dan çox loqo olduğu və cinayət təşkilatlarının bu yolla narkotiki daha çox gizlətməyi hədəflədikləri qeyd olunub.

İspaniya polisi istintaqın davam etdiyini açıqlayıb. Əməliyyat davam etdiyi üçün saxlanılan və ya həbs edilənlərin sayı barədə məlumat verilməyib.

Şəbnəm Mehdizadə