Türkiyənin Kocaeli şəhərinin Gebze rayonunda boya fabrikində yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə qrupları cəlb olunub.
Yanğın nəzarətə götürülüb. Fabrikdə soyutma işləri davam edir.
Fabrikə gələn Gebze rayon valisi Mehmet Ali Özyiğit jurnalistlərə açıqlamasında yanğının fabrikin quru toz boya istehsalı hissəsində baş verdiyini və qısa müddətdə əraziyə çatan yanğınsöndürənlərin alovu nəzarət altına aldığını bildirib.
Şəbnəm Mehdizadə
