Məzmuna keç

Kahramanmaraşda təkrar emal fabrikində yanğın baş verib

Türkiyənin Kahramanmaraş şəhərində kağız və plastik tullantıların təkrar emalı fabrikində yanğın baş verib.

E-huquq.az-ın məlumatına görə, fabrikin 2 işçisi və 1 mühafizəçi tüstüdən zəhərlənib. Zərərçəkmişlər xəstəxanaya yerləşdirilib.

Əraziyə çoxlu sayda yanğınsöndürən göndərilib.

Yanğın zamanı fabrikdə partlayış səsləri eşidilib. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Şəbnəm Mehdizadə