Məzmuna keç

Ukrayna MN: “Baxmut istiqamətində daha 1 kvadrat kilometr ərazi azad edilib”

"Ötən həftə Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində daha 1 kvadrat kilometr ərazini azad edib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

"Biz Baxmutun cənub cinahında irəliləyirik və keçən həftə orada daha 1 kvadrat kilometr azad edildi. Artıq bu istiqamətdə ümumilikdə 44 kvadrat kilometr ərazi boşaldılıb", – deyə o bildirib.

Şəbnəm Mehdizadə