Məzmuna keç

Reznikov: “Ukrayna 2024-cü ilin yazında F-16-lardan istifadəyə başlaya bilər”

"Ukrayna 2024-cü ilin yazında F-16-lardan istifadəyə başlaya bilər".

E-huquq.az UNAİN-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.

“Mən deyərdim ki, F-16-nın cəbhədə görünməsi gələn ilin yazında baş verə bilər, çünki biz pilotlarımız, mühəndislərimiz və texniklərimiz üçün təlim kurslarına başlamışıq”, – nazir bildirib.

Reznikov deyib ki, Ukraynada təyyarələrin istifadəsi üçün infrastrukturu hazırlamaq lazımdır: "Bu, ən azı altı ay, bəlkə də bir az daha çox vaxt aparmalıdır".

Nazir əminliklə bildirib ki, F-16-ların cəbhədə görünməsi müharibədə "oyun qaydalarını dəyişə bilər".

"Biz Rusiyanın səmada, döyüş meydanından kənarda hökmranlığına son verməliyik. F-16 təyyarələri hava hücumundan müdafiə sisteminin bir hissəsi olacaq. Biz hava məkanını, yəni şəhərlərimizi qorumaq üçün səmada öz imkanlarımızı gücləndirə bilərik. Bizim üçün bu, böyük bir irəliləyiş ola bilər. Çox böyük!", – deyə o qeyd edib.

Şəbnəm mehdizadə