Məzmuna keç

Türkiyədə çay fabrikində yanğın olub

Türkiyənin Rize şəhərinin Güneysu rayonunda çay fabrikində yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, fabrikin bacasında başlayan yanğın qısa müddətdə genişlənməyə başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım cəlb olunub.

Təxminən 1 saat davam edən əməliyyatdan sonra yanğın nəzarət altına alınıb. Hazırda fabrikdə soyutma işləri davam edir.

Yanğın zamanı tüstüdən zərər çəkən 1 nəfər xəstəxanaya çatdırılıb.

Şəbnəm Mehdizadə