Türkiyənin Hatay vilayətində bina çöküb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, zəlzələdən sonra böyük ziyan görən 2 mərtəbəli bina güclü yağış səbəbindən uçub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Binanın ətrafına təhlükəsizlik zolağı çəkilib.
Binanın uçması nəticəsində xəsarət alan olmayıb.
Şəbnəm Mehdizadə
