Məzmuna keç

Ukrayna SQ: “Son sutkada Ukrayna ərazisinə 8 raket və 47 hava zərbəsi endirilib”

"Son sutka ərzində ukraynalı əsgərlərlə rus işğalçıları arasında 32 toqquşma olub".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının hesabatında bildirilib.

"Müdafiə qüvvələri Donetsk vilayətinin Marinka bölgəsində rus qoşunlarının irəliləyişini dayandırmağa davam edir. İşğalçılar son sutkada Ukrayna ordusunun mövqelərinə və yaşayış məntəqələrinə 8 raket və 47 hava zərbəsi, habelə çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 39 zərbə endiriblər. Düşmənin zərbələri nəticəsində dinc sakinlər arasında yaralananlar və itkilər var, xüsusilə məktəblər və yaşayış binaları dağılıb", – hesabatda qeyd olunub.

"Döyüşçülərimiz Melitopol istiqamətində irəliləməyə davam edir və əldə olunan mövqelərdə möhkəmlənirlər" – məlumatda bildirilib.

Şəbnəm Mehdizadə