Türkiyənin İstanbul şəhərində narkotik alverçilərinə qarşı əməliyyat zamanı polis əməkdaşı Hakan Tellinin şəhid olduğu silahlı insidentlə bağlı 39 nəfər saxlanılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, ilkin istintaq tədbirlərindən sonra həmin şəxslərdən 22-i barədə həbs qətimkan tədbiri seçilib. 17 nəfərlə bağlı istintaq davam edir.
Qeyd edək ki, avqustun 25-də İstanbulun Kağıthane adlı ərazisində narkotik alverçilərinə qarşı əməliyyat zamanı polis Hakan Telli şəhid olub, digər polis əməkdaşı Ahmet Yasin Çevik isə yaralanıb.
Şəbnəm Mehdizadə
