Türkiyənin Tunceli şəhərində əyləncə məkanınında müştərilərlə işçilər arasında dava olub.
E-huquq.az "Hürriyet"ə istinadən xəbər verir ki, dava zamanı tərəflər bir-birinə şüşə butulkalar və bıçaqla hücum ediblər. Nəticədə 9 nəfər yaralanıb.
Hadisə yerinə gələn polis əməkdaşları havaya atəş açaraq tərəfləri ayıra bilib.
Yaralılar Tunceli Dövlət Xəstəxanasına aparılıb. Onların vəziyyəti qənaətbəxşdir.
Hadisə ilə bağlı polis 4 nəfəri saxlayıb. Şübhəlilərin istintaqı davam etdirilir.
Şəbnəm Mehdizadə
