Türkiyənin İzmir şəhərində şirniyyat fabrikində yanğın hadisəsi baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə yerinə dərhal çoxlu sayda yanğınsöndürən, polis və təcili tibbi yardım əməkdaşları göndərilib.
Fabrikdə tüstüdən təsirlənən 2 işçi Bornova Türkan Özilhan Dövlət Xəstəxanasına aparılıb. Onların vəziyyətinin yaxşı olduğu bildirilib.
Naməlum səbəbdən baş verən yanğın yanğınsöndürənlər tərəfindən 4 saat sonra söndürülüb.
Hadisə nəticəsində fabrik yararsız hala düşüb.
Şəbnəm Mehdizadə
