Türkiyənin Çanaqqala şəhərində baş verən meşə yanğınının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, yanğın Çanaqqalanın Çan rayonunda Koyuneri gölünə yaxın ərazidə baş verib.
Meşə sahəsindən tüstü çıxmasına dair aidiyyəti qurumlara məlumat verildikdən dərhal sonra hadisə yerinə yanğınsöndürən qruplar cəlb edilib.
Hazırda yanğınsöndürənlər 2 helikopter və 2 təyyarə ilə yanğının qarşısını almağa çalışır.
Bələdiyyə qrupları və ətraf kəndlərdə yaşayan vətəndaşlar da alovun söndürülməsi işlərinə dəstək verir.
Şəbnəm Mehdizadə
