Türkiyənin Sakarya şəhərində iki ailə arasında borca görə əlbəyaxa dava olub.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Adapazarı rayonunda baş verən davada 2 nəfər bıçaqlanıb.
Daha 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə polis və təcili yardım əməkdaşları cəlb edilib.
Yaralılardan xəstəxanaya aparılıb. Xəstəxanada yenidən bir-birinə hücum edən tərəfləri polis əməkdaşları ayırıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
