ABŞ-ın Texas ştatının Ostin şəhərində ticarət mərkəzinə silahlı basqın olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Yaralılardan birinin vəziyyəti ağırdır.
Polis şübhəli şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Şahidlərdən hadisə ilə bağlı hər hansı foto və ya videogörüntü əldə etdikləri halda polisə məlumat vermələri xahiş olunub.
Şəbnəm Mehdizadə
