Son bir həftədə Nigeriyada "Boko Haram" terror təşkilatına qarşı keçirilən əməliyyatlarda təşkilatın 39 üzvü zərəsizləşdirilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriya Müdafiə Nazirliyinin rəsmisi Edvard Buba məlumat verib.
O, Nigeriya ordusunun son bir həftə ərzində ölkənin şimal-şərqdəki Adamava və Borno əyalətlərində "Boko Haram"a qarşı əməliyyatlar keçirdiyini deyib.
Əməliyyatda 39 terrorçunun zərərsizləşdirildiyini, çoxlu sayda təşkilat üzvünün isə yaralandığını bildirib. Həmçinin 159 terrorçunun və terrorçulara aid xeyli miqdarda silah-sursatın ələ keçirildiyini vurğulayıb.
Edvard Buba eyni zamanda terrorçular tərəfindən qaçırılan 34 nəfərin xilas edildiyini qeyd edib.
Qeyd edək ki, Nigeriyada 2000-ci illərdən bəri "Boko Haram"ın həyata keçirdiyi kütləvi hücumlarda on minlərlə insan həyatını itirib.Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.
Şəbnəm Mehdizadə
