Türkiyənin İstanbul şəhərində oteldə yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Fatih rayonunda 5 mərtəbəli oteldə baş verən yanğın panikaya səbəb olub. Qonaqlar təşviş içində pəncərələrə çıxıblar.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını tez bir zamanda söndürüblər. Otelin yuxarı mərtəbələrində köməksiz vəziyyətdə qalan 40 turist təxliyə edilib.
Hadisə zamanı xəsarət alan olmasa da, otelə ziyan dəyib.
Yanğının hansı səbəbdən baş verdiyi məkum deyil, hazırda araşdırma aparılır.
Şəbnəm Mehdizadə
