Məzmuna keç

Türkiyə ordusu İraqın şimalında hava əməliyyatı keçirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Qəndil və Asosda terrorçulara qarşı əməliyyat keçirib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirib ki, əməliyyat zamanı terrorçuların toplaşdığı ərazilərə hava zərbələri endirilib. 16 mağara, 4 sığınacaq və 2 silah-sursat anbarı dağıdılıb. Xeyli sayda terrorçu zərərsizləşdirilib.

Şəbnəm Mehdizadə