Məzmuna keç

İzmir sahillərində 71 miqrant xilas edilib

Türkiyənin İzmir şəhərində qeyri-qanuni yollarla xaricə getməyə çalışan 71 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Sahil Təhlükəsizlik Komandanlığı məlumat yayıb.

Bildirilib ki, İzmirin Çeşme, Dikili və Səlcuq rayonlarında rezin qayıqlarda miqrantların olmasına dair məlumat daxil olub. Dərhal Sahil Mühafizəsinin qayıqları bölgəyə istiqamətləndirilib.

Sahil mühafizəçiləri 71 qanunsuz miqrantı yaxalayaraq qayıqlarına mindiriblər.

Onlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə