Türkiyənin Manisa şəhərində yol nəqliyyat hadisəsi baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Manisanın Kula rayonunda yük maşını ilə minik avtomobili toqquşub. Nəticədə 2-si ağır olmaqla 5 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları, xilasetmə qrupları cəlb edilib.
Yanğınsöndürənlər avtomobildə sıxışmış vəziyyətdə qalan sürücünü çıxarıb. Kula Dövlət Xəstəxanasına aparılan yaralılar daha sonra Salihli Dövlət Xəstəxanasına köçürülüb. Onların səhhətlərinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
