Məzmuna keç

İranda kömür mədənindəki partlayışdan sonra 6 şaxtaçının cəsədi tapılıb

Ötən gün İranın Simnan əyalətində kömür mədənində baş verən partlayışda həyatını itirən 6 mədənçinin cəsədi tapılıb.

E-huquq.az xəbər verir ki, bu barədə İran dövlət televiziyasına danışan Simnan valisi Məhəmməd Rza Haşimi məlumat verib.

Haşimi cəsədlərin təxminən 10 saatlıq əməliyyat-axtarış tədbirlərindən sonra tapıldığını bildirib.

Partlayışın qazın sıxılması nəticəsində baş verdiyini bildirən Haşimi, qazdan zəhərlənən mədənçilərin xəstəxanada müalicə olunduğunu deyib.

O, partlayışla bağlı istintaqın başladıldığını da qeyd edib.

Şəbnəm Mehdizadə