İspaniyada güclü yağışlar nəticəsində 1 nəfər ölüb, 2 nəfər itkin düşüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, leysan xarakterli yağışların Toledo şəhərində ciddi dağıntılara səbəb olduğu bildirilir.
Şiddətli yağış nəticəsində ölkənin bəzi ərazilərində yol və körpülər çöküb. Nəqliyyatın və sürət qatarlarının fəaliyyəti dayandırılıb.
Meteoroloqlar yağışlı havanın axşam saatlarından etibarən səngiyəcəyini açıqlayıb.
Şəbnəm Mehdizadə
