Məzmuna keç

Türkiyədə fəhlələri daşıyan mikroavtobus qəzaya düşüb, 17 nəfər yaralanıb

Türkiyənin Ordu şəhərində baş verən yol qəzasında 17 nəfər yaralanıb.

E-huquq.az DHA-ya istinadən xəbər verir ki, Ordunun Altınordu rayonunda fındıq toplayan işçiləri daşıyan mikroavtobus sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Nəticədə 5-i uşaq olmaqla 17 nəfər xəsarət alıb.

Hadisə yerinə jandarma və təcili yardım əməkdaşları cəlb edilib.

İlkin tibbi yardımdan sonra yaralılar şəhərin müxtəlif xəstəxanalarına aparılıb. Onların vəziyyətinin yaxşı olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə