Məzmuna keç

Türkiyədə ağır qəza, ölənlər və yaralılar var

Türkiyənin İstanbul şəhərində zəncirvari yol qəzası baş verib.

E-huquq.az “TRT haber”ə istinadən xəbər verir ki, İstanbulun Büyükçekmece adlı ərazisində yük maşını, minik avtomobili və pikapların toqquşduğu qəzada 4 uşaq həyatını itirib, 4 nəfər isə yaralanıb.

Qəza yerinə çoxlu sayda xilasetmə, təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.

Yaralılar ətrafdakı xəstəxanalara aparılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır. Sürücülər saxlanılıb.

Şəbnəm Mehdizadə