İspaniyanın cənub-qərbindəki Kanar adalarına 550 qanunsuz miqrant gəlib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Sahil Mühafizəsi məlumat verib.
Məlumatda Şimali Afrika sahillərindən son 24 saat ərzində 187, 164, 134 və 65 qanunsuz miqrantın olduğu 4 rezin qayığın Kanar adalarına çatdığı bildirilib. Aralarında qadın və uşaqların da olduğu qanunsuz miqrantların səhhətinin yaxşı olduğu, 2 nəfərin isə xəstəxanaya aparıldığı qeyd edilib.
İspaniya Daxili İşlər Nazirliyinin məlumatlarına görə, 1 yanvar – 31 avqust tarixləri arasında Kanar adalarına 11 min 459 qeyri-qanuni miqrant gəlib. Təkcə avqust ayında Kanar adalarına 3000-ə yaxın qanunsuz miqrant gəlib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur.
Şəbnəm Mehdizadə
