Məzmuna keç

Türkiyədə 150 nəfər içməli sudan zəhərlənib

Türkiyənin Amasya şəhərində içməli sudan kütləvi zəhərlənmə olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Taşova rayonunda qeydə alınıb.

Taşova Bələdiyyəsi krandan su içən 150 nəfərin ürəkbulanma, qusma və ishal şikayətləri ilə xəstəxanaya müraciət etdiyini bildirib. Taşova Dövlət Xəstəxanasında müalicə olunan xəstələr evə buraxılıb.

Bələdiyyə müvəqqəti olaraq həmin sudan içməməyə çağırıb.

Şəbnəm Mehdizadə