Türkiyənin İzmir şəhərində FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatda 9 nəfər saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir Prokurorluğunun apardığı araşdırma nəticəsində həmin şəxslərin təşkilatla əlaqələrinin olmasına dair sübutlar ələ keçirilib.
Şübhəli şəxslərin saxlanılması üçün Prokurorluğun təlimatı ilə İzmir Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi eyni vaxtda müxtəlif ünvanlarda əməliyyat keçirib.
Saxlanılan 9 nəfərlə bağlı istintaq davam edir.
Şəbnəm Mehdizadə
