Məzmuna keç

Meksikada atışma zamanı 4 nəfər həlak olub

Meksikanın Matamoros şəhərində silahlı insident baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tamaulipas Rabitə İdarəsi məlumat yayıb. Bildirilib ki, dəniz piyadalarının adam oğurluğuna qarşı keçirdiyi əməliyyat zamanı qarşıdurma baş verib. Silahlı olduğu iddia edilən 4 nəfər məhv edilib, onlara aid silah-sursat ələ keçirilib.

Meksika Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada 4 donanma personalının qarşıdurmada iştirak etdiyi təsdiqlənsə də, hadisə ilə bağlı ətraflı məlumat verilməyib.

ABŞ-ın Matamorosdakı Konsulluğu baş verən insidentlə bağlı yerli vaxtla 13:30-a qədər sığınacaqlarda qalmağa çağırıb.

Şəbnəm Mehdizadə