Məzmuna keç

Sərnişin avtobusu dərəyə aşdı, 23 nəfər yaralandı

Türkiyənin Muğla şəhərində sərnişin avtobusu dərəyə aşıb.

E-huquq.az “TRT haber”ə istinadən xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində aşan avtobusda 23 nəfər yaralanıb.

Qəza yerinə çoxlu sayda təcili tibbi yardım, polis və xilasetmə əməkdaşları cəlb edilib.

Yaralılar ətrafdakı insanların və xilasedicilərin köməkliyi ilə avtobusdan çıxarılaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə