Türkiyənin Kırklareli şəhərində leysan yağışları daşqınlara səbəb olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhər saatlarından başlayan leysan şəhərin şimalında ciddi fəsadlar törədib.
Demirköy ilə İğneadayı birləşdirən magistral yola ziyan dəyib, yol nəqliyyatın hərəkətinə bağlanıb.
Kırklareli valisi Birol Ekici də bölgəyə gələrək görülən işlərlə tanış olub.
Güclü yağışların sabah səhərədək fasilələrlə davam edəcəyi ehtimal edilir.
Şəbnəm Mehdizadə
