Cari il ərzində ABŞ-də təqribən 484 kütləvi atışma olub.
E-huquq.az “ABC News” istinadən xəbər verir ki, bu barədə odlu silahdan istifadə hadisələri ilə bağlı statistik məlumatları toplayan “Gun Violence Archive” portalı məlumat yayıb.
Məlumatda keçən ilin eyni dövründə bu göstəricinin 455 olduğu qeyd olunur. Bu il təkcə sentyabrın ilk dörd günündə Birləşmiş Ştatlarda 5 kütləvi atışma olduğu vurğulanıb.
Bildirilib ki, ölkədə 2022-ci ildə təxminən 645, 2021-ci ildə isə 690 kütləvi atışma baş verib.
Qeyd edək ki, “Gun Violence Archive” statistika hazırlayarkən Federal Təhqiqat Bürosunun (FTB) meyarlarından istifadə edir. Qurum bir hadisə nəticəsində hücum edəndən başqa ən azı 4 nəfərin həyatını itirdiyi və ya yaralandığı silahlı hücumları “kütləvi silahlı hücum” kimi qiymətləndirib.
Şəbnəm Mehdizadə
