Nigeriyanın şimalında yerləşən Katsina əyalətində silahlı hücum olub.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, hücum zamanı 7 nəfər ölüb, xeyli sayda insan yaralanıb.
Hücum edən şəxslərin 12 nəfəri qaçırdığı bildirilir.
Silahlıların şəxsiyyəti hələlik müəyyən edilməyib.
Qeyd edək ki, Nigeriyanın şimalında silahlı dəstələr pul qarşılığında adam oğurluğu, soyğunçuluq və qətl də daxil olmaqla bir çox cinayətlərdə iştirak edirlər.
Şəbnəm Mehdizadə
