Məzmuna keç

Fəhlələri daşıyan mikroavtobus aşdı, 12 nəfər yaralandı

Türkiyənin Manisa şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.

E-huquq.az İHA-ya istinadən xəbər verir ki, Manisanın Akhisar rayonunda fəhlələri daşıyan mikroavtobus baryerlərə çırpılaraq aşıb. Nəticədə 12 işçi yaralanıb.

Əraziyə çoxlu sayda təcili yardım və yanğınsöndürənlər göndərilib. Manisa Böyükşəhər Bələdiyyəsi yanğınsöndürənləri mikroavtobusda sıxışmış yaralıları çıxarıb. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra Akhisar və ətraf rayonlardakı xəstəxanalara aparılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə