Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az xəbər verir ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi hərbi təlim keçərək terror təşkilatında fəaliyyət göstərdikləri müəyyən edilən şəxslərin ünvanlarında əməliyyat keçirib.
Əməliyyat zamanı 5 əcnəbi saxlanılıb. Saxlanılan şəxslər İstanbul Təhlükəsizlik İdarəsinə aparılıb.
Şəbnəm Mehdizadə
