Elmi araşdırmalara görə, 50 yaşdan aşağı insanlarda xərçəng xəstəliyi son 30 ildə təxminən 80 faiz artıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, 1990-cı ildəki 1,82 milyon olan bu göstərici 79 faiz artaraq 2019-cu ildə 3,26 milyona yüksəlib.
40, 30 və daha gənc yaşda insanlar araında xərçəngdən ölüm halları isə 27 faiz artıb.
Mütəxəssislər buna səbəb kimi düzgün olmayan qidalanma, alkoqol və tütün istifadəsi, həmçinin hərəkətsizlik və piylənmə kimi amilləri göstərir.
Qeyd olunub ki, sağlam qidalanma, tütün və alkoqol istehlakının məhdudlaşdırılması, həmçinin sağlam həyat tərzi erkən yaşda xərçəng riskini azalda bilər.
Şəbnəm Mehdizadə
