Türkiyənin İstanbul şəhərində seldən zərər çəkmiş ailələrə maddi yardım ediləcək.
E-huquq.az xəbər verir ki, bu barədə Daxili işlər naziri Əli Yerlikaya açıqlama verib.
Dəymiş zərərin qiymətləndirilməsi işlərinin İstanbul Valiliyinin koordinasiyasında aparıldığını bildirən nazir qeyd edib ki, İstanbulda seldən zərər çəkən şəxslərə 15 min lirə veriləcək.
"Birinci mərhələdə sel və daşqınlardan zərər çəkmiş ailələrimizə AFAD-dan 10 min, Ailə və Sosial Xidmətlər Nazirliyindən isə 5 min olmaqla ümumilikdə 15 min lirə yardım ödəniləcək. Allah ölkəmizi və dövlətimizi qorusun”, – deyə nazir əlavə edib.
Şəbnəm Mehdizadə
